Azərbaycan millisinin heyəti açıqlandı

Dünya çempionatının təsnifat mərhələsində çıxış edəcək futzal üzrə Azərbaycan millisinin heyəti bəlli olub. SportLine.az xəbər verir ki, heyətə 14 futzalçı dəvət olunub:

Rövşən Hüseynli, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Rafael Durval, Auqusto Sezar, Amadeu Fernandes, Ramiz Çovdarov, Samir Həmzəyev, Zeynal Zeynalov, Fineo de Araujo, Andre Junior de Campos, Eduardo Mello Borges, Sergey Çuykov.

Qeyd edək ki, təsnifat mərhələsinin görüşləri 10-13 dekabr tarixlərində Xorvatiyanın Osiyek şəhərində keçiriləcək. Millimiz İsveç, Belarus və Xorvatiya seçmələri ilə mübarizə aparacaq.