Azərbaycan millisinin üzvü "Pafos"da - RƏSMİ
Milli komandanın üzvü Murad Məmmədov Kipr "Pafos"u ilə müqavilə bağlayıb.
Sportline.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
20 yaşlı vinger müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
"Neftçi"nin yetirməsi olan Murad Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvüdür.