Azərbaycan minifutbol millisi Avropa çempionu oldu
Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gəlib. Millimiz finalda Ukrayna seçməsini 2:0 hesabı ilə məğlub edərək Avropa çempionatının qalibi olub.
4 iyun
Ukrayna - Azərbaycan - 0:2
Qollar: Mirmehdi Rzayev, İsa Atayev
Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Yığmamız daha əvvəl 2022-ci ildə müvafiq titula sahib çıxıb.
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. Komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2), yarımfinalda Serbiyanı (1:1, penaltilər - 3:1) üstələyib.