Azərbaycan - Moldova görüşü baş tutmayacaq
Futzal üzrə Azərbaycan millisi gələn il Xorvatiyada keçiriləcək dünya çempionatına hazırlıqlarını davam etdirir. SportLine.az xəbər verir ki, hazırlıq çərçivəsində komandamızın yoldaşlıq görüşü keçirəcək. Noyabrın 23-dən 30-dək davam edəcək həlledici təlim-məşq toplanışında Moldova ilə planlaşdırılan yoldaşlıq görüşü isə ləğv olunub. Buna səbəb, moldovalıların Bakıya gəlməkdən imtina etməsidir. Belə olan halda, Tino Peresin komandası yerli klublarda çıxış edən futzalçılardan ibarət komanda ilə qarşılaşacaq.