Azərbaycan - Norveç görüşünün hakimləri açıqlandı

DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Norveç görüşünün hakimləri bəlli olub. SportLine.az xəbər verir ki, qarşılaşma İsraildən olan hakimlərə tapşırılıb.

Qarşılaşmada əsas söz sahibi Liran Liani olacaq. Ona David Elyas Bitton və Nissan Davidi kömək edəcək. Dördüncü hakim funksiyasını Eytan Şmuelevitz yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Norveç oyunu oktyabrın 8-i, saat 20:00-da başlayacaq.