Azərbaycan - Özbəkistan matçında 5 qol

DÇ-2020-nin elit-raunduna hazırlaşan futzal üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Joze Alesio Da Silvanın komandası Özbəkistan yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb - 2:3.

Bu komandalar sabah eyni məkanda daha bir yoxlama oyununda üz-üzə gələcəklər.
 
21 yanvar

Yoxlama oyunu
 
Azərbaycan – Özbəkistan 2:3
Qollar: Vassura, 23:01. E.Soorqali, 35:58 – D.Rahmatov, 02:49. İ.Ropiyev, 04:13. Ə.Usmanov, 28:41.
Qırmızı vərəqə: İ.Atayev, 34:08 (Azərbaycan), D.Rahmatov, 34:08 (Özbəkistan)
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov
Bakı İdman Sarayı.