Azərbaycanda klub prezidenti həbs edildi
“TTQ GRUP” MMC-nin direktoru və “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyev həbs edilib.
Sportline.az xəbər verir ki, bu barədə musavat.com məlumat yayıb.
Bildirilib ki, o, dələduzluq ittihamı ilə bir neçə vətəndaşın şikayəti əsasında tutulub.
İttihama görə, MMC direktoru işgüzar nüfuzunun, həmçinin vəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb.
Onun bir nəfərdən DTX-yə, digərindən isə FHN-ə işə düzəltmək adı ilə 15-20 min manat məbləğində pul aldığı müəyyənləşib.
Həmçinin R.Quliyev “TTQ GRUP” MMC-nin direktoru olaraq ayrı-ayrı şəxslərdən mənzil təmiri, torpaq alqı-satqısı, fərdi yaşayış evlərinin layihələndirilməsi, sənədləşdirilməsi adı ilə də pul alıb.