Azərbaycanla oyun üçün 19 futbolçu

DÇ-2018-in təsnifat mərhələsində millimizlə eyni qrupda yer alan Çexiya millisinin növbəti oyunlar üçün heyəti məlum olub. SportLine.az xəbər verir ki, baş məşqçi Karel Yarolim Almaniya və Azərbaycanla görüşlərdə 19 futbolçunun xidmətindən yararlanacaq:

Qapıçılar: Tomaş Vaçlik (“Bazel”, İsveçrə), Tomaş Kubek (“Slovan”), Yaroslav Drobnı (“Verder”, Almaniya);

Müdafiəçilər: Tomaş Sivok (“Bursaspor”, Türkiyə), Teodor Gebre Selasse (“Verder”, Almaniya), Marek Suşi (“Bazel”, İsveçrə), Pavel Kaderabek (“Hoffenhaym”, Almaniya), Filip Novak (“Midtyulland”, Danimarka);

Yarımmüdafiəçilər: Borek Dokal, Martin Fridek (hər ikisi “Sparta”), Ladislav Kreyçi (“Bolonya”, İtaliya), Yiri Skalak (“Brayton”, İngiltərə), David Pavelka (“Kasımpaşa”, Türkiyə), Tomaş Horava, Milan Petrjela  (hər  ikisi“Viktoriya”), Yan Sikora (“Slovan”);

Hücumçular: Matey Vidra (“Derbi”, İngiltərə), Patrik Şik (“Sampdoriya”, İtaliya), Vatslav Kadlets (“Sparta”).

Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu oktyabrın 11-də keçiriləcək.