Azərbaycanlı UEFA nümayəndəsi Çempionlar Liqasının oyununa təyinat alıb
UEFA nümayəndəsi Orxan Hüseynzadə təyinat alıb.
Sportline.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının IV turunun noyabrın 5-də keçiriləcək PSV (Niderland) – “Jirona” (İspaniya) görüşündə UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Eyndhoven şəhərində yerləşən PSV stadionunda keçiriləcək.