Azərbaycan çempionatının ilk qalibləri
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
Sportline.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.
İlk olaraq qadınlar 3 çəki dərəcəsində qalibləri müəyyənləşdiriblər. Samirə Rzayeva toplam 86 kq (38+48) nəticə ilə 45 kq çəki dərəcəsində, Ravilya Abbasova toplam 78 kq (32+45) nəticə ilə 49 kq çəki dərəcəsində, Selcan Qarayeva isə toplam 138 kq (60+78) nəticə ilə 55 kq çəki dərəcəsində rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, ölkə çempionatına aprelin 29-da yekun vurulacaq.