Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər.

Sportline.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bakı Olimpiya Stadionu ilə yanaşı, İspaniyanın paytaxtı Madrid şəhəri də eyni ildə qitənin ən nüfuzlu klub turnirinə ev sahibliyi etmək üçün namizlədiyini irəli sürüb. Təklif müsbət cavablandırılarsa, həlledici qarşılaşma "Metropolitano" stadionunda reallaşa bilər.

Qeyd edək ki, rəsmi müraciətlər 19 mart 2025-ci ilə qədər təqdim edilməlidir. UEFA İcraiyyə Komitəsi may ayında finalların keçiriləcəyi yerləri müəyyən edəcək.