Bakıda beynəlxalq turnir start götürür

Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək. SportLine.az xəbər verir ki, Boks Federasiyasının idman zalında baş tutacaq yarış 4 gün davam edəcək.

Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini yoxlayacaqlar.

Ümumilikdə 114 boksçunun qatılacağı və 10 çəki dərəcəsi üzrə keçiriləcək yarışda ölkəmiz 3 komanda ilə təmsil olunacaq.

Qeyd edək ki, döyüşlər bu gün saat 16:00-da başlayacaq. Final qarşılaşmaları isə dekabrın 24-nə təsadüf edəcək.

Azərbaycan Boks Federasiyasının məlumatı