Bakıdakı şahmat sərgisinə virtual səyahət

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Rusiya Şahmat Federasiyasının bəzi eksponatları “Kristal Zal”da sərgilənir. SportLine.az “Qambit” layihəsi çərçivəsində həmin sərgidən fotoreportajı diqqətinizə çatdırır.

ÇATURANQA OYUNU

Hindistan, 1970. Səndəl ağacı.

Qədim Hindistan oyunu və müasir şahmatın “əcdadı” olan Çaturanqa ordunun dörd diviziyasını əks etdirir. IV əsrdə yaranmışdır.

ŞATRANC OYUNU

Nişapur, İran, XII əsr.

VII əsrdə ərəb ölkələrində yaranan şatranc oyunu müasir şahmatın əsasını qoyub.



LYUİS ADASINDAN ŞAHMAT FİQURLARI

Norveç, XI əsr. Morj dişi.

XIX əsrdə Şotlandiyanın şimal-qərbində təsadüfən aşkar olunmuş bu şahmat dəsti orta əsr Avropasının ən tanınan dəstlərindəndir. Çox güman ki, Vikinqlər tərəfindən hazırlanıb.

KRAL I KARLIN ŞAHMAT DƏSTİ

Salerno, İtaliya, XI əsrin sonu. Fil sümüyü.

Bu şahmat dəsti Kral I Karlın şahmat dəsti kimi tanınsa da, əslində, bu, tarixi yanlışlıqdır. Çünki VII-VIII ərslərdə Avropada şahmat mövcud olmayıb.

“KALVERT” ŞAHMAT FİQURLARI

Şümşad ağacı.

Flit küçəsində yaşayan və Tokarlar Şirkətinin müşərrəf ustası olan Con Kalvert XVIII əsrin sonu, XIX əsrin əvvəllərində ən yaxşı şahmat fiqurlarının müəllifi hesab edilirdi.

“QRAN SİQAR DİVAN” ŞAHMAT FİQURLARI

Gül ağacı.

Bu şahmat dəsti XIX əsrin ortalarında şahmat evi kimi tanınan və Londonda yerləşən “Qran Siqar Divan” kafesində şahmat oyununda istifadə olunub.

KÖÇƏRİ ŞAHMAT DƏSTİ

Buryatiya, XX ərsin əvvəli. Dəvə keçəsi, gips plastifikatoru.

Yüngül və mobil olan bu şahmat fiqurları asanlıqla daşına bilirdi. Monqolustanda, Kalmıkiyada, eləcə də, bütün Avrasiya düzündə indi də məşhurdur və olduqca geniş yayılıb.

“REJANS” ŞAHMAT FİQURLARI

Qara şümşad.

Parisin ən tanınmış şahmat kafesi və Filidorun vaxtlarından, XVIII ərsin ortalarından şahmatçıların ziyarət etdiyi “Cafe de la Ragence”da bu dəst ilə şahmat oynanılıb. 1843-cü ildə Staunton – Sen-Aman matçında da “Rejans” şahmat dəstindən istifadə olunub.

“BARSELONA 1929 JOC CATALAN” ŞAHMAT DƏSTİ

Gül ağacı.

“Art Nouveau” üslublu bu dəst 1929-cu ildə Kataloniyada beynəlxalq turnirlər üçün hazırlanıb. Ekspertlər dəstin Qaudinin üslubuna uyğun olduğunu bildirirlər.

1933-CÜ İL, BOTVİNNİK – FLOR MATÇINDAN ŞAHMAT FİQURLARI

Şümşad.

Turnirlər üçün nəzərdə tutulmuş bu şahmat dəsti 1920-1930-cu illərin şahmat hərarəti dövrünə məxsus üsluba malikdir. İki böyük şahmatçı, gələcək qrossmeysterlər və cavan nəslin ümid verən nümayəndələri M.Botvinnik və S.Flor  1933-cü ildə Moskvada və Leninqradda keçirilən tarixi matçda bir-biri ilə yarışarkən bu dəstdən istifadə edib.

ADSIZ, 2015-Cİ İL

Müəllif – Anastasiya Appolonova, Moskva Memarlıq İnstitutunun tələbəsi.

Layihənin ümumi konsepti amerikalı minimalist-yaradıcı Donald Caddın üslubuna uyğundur.

GÖYDƏLƏNLƏR, 2015-Cİ İL

Müəllif – Yelizaveta Smolyakova, Moskva Memarlıq İnstitutunun tələbəsi.

Müəllif üslubu “tapılan obyektlər” ilə xarakterizə olunan məşhur heykəltaraş Antoni Karonun polad işlərindən ilhamlanmışdır.

VERTİKALLAR, 2015-Cİ İL

Müəllif – Polina Larina, Moskva Memarlıq İnstitutunun tələbəsi.

Müəllif görkəmli heykəltaraş Konstantin Brankuzinin əsərlərindən ilahm alıb.

Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir