Dadaşov görüşdən sonra öldü
Rusiyalı boksçu Maksim Dadaşov döyüşdən sonra həyatını itirib.
Sportline.az xəbər verir ki, ABŞ-da Sabriel Matiasla qarşılaşmada başından ciddi zərbələr alan 28 yaşlı idmançının həyatını xilas etmək mümkün olmayıb.
O, 11-ci raundda görüşü dayandırmalı olub. Halı pisləşən boksçu xəstəxanaya çatdırılsa da, həkimlərin səyi nəticə verməyib.
Qeyd edək ki, Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub.