Balotelli İbrahimoviç qalmaqalı böyüyür
Əfsanəvi futbolçu Zlatan İbrahimoviçin Mario Balotellini tənqid etdiyi barədə xəbər vermişdik.
Sportline.az xəbər verir ki, Şahruddin Məhəmmədəliyevin "Adana Demirspor"da komanda yoldaşı Mario Balotelli bu tənqidlərə cavab verib.
“Qəribədir ki, o, heç bir səbəb olmadan mənə açıq hücum etdi. Onun Leaya üstünlük verməsi məni maraqlandırmır, bu normaldır, amma o, axmaq bir şey dedi. Əlimdə olan hər fürsətdən istifadə etməmişəm. Mənim təcrübəm öz sözünü deyir. İbra həmişə mənə deyirdi ki, mən daha yaxşısını edə bilərəm və o, bu barədə haqlı idi. “Qızıl top”u qazana bilərdim" - deyə Balotelli "TV Play"də açıqlama verib.