Bardci “Barselona”nı tərk edə bilər

"Barselona"nın futbolçusu Runi Bardci komandanı tərk edə bilər.

Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, isveçli ilə "Yuventus" yaxından maraqlanır.

Turin təmsilçisi vingeri icarəyə götürmək niyyətindədir.

Həmçinin "Monako", "Porto" və "Betis" də onu heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, "Barselona" Runi Bardcini 2025-ci ilin yayında "Kopenhagen"dən 2,5 milyon avroya transfer edib.