"Barselona" - "Bavariya": Düşərgələrdəki son durum
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 3-cü turun oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, gecənin mərkəzi matçında "Barselona" "Bavariya"nı qəbul edəcək.
Böyük maraqla gözlənilən görüşdə qonaqlar favorit hesab edilir.
Heyətlərə nəzər saldıqda “Barselona”da əsas itki qapıçı Mark Andre Ter Ştegen, Andres Kristensen, Erik Qarsiya və Ronald Arauxonun adı ilə bağlıdır.
“Bavariya”da isə Saşa Boye, Aleksander Pavloviç, Yosip Stanişiç və Hiroki İto baş məşqçi Kompaninin sərəncamında olmayacaq.
Bakı vaxtı ilə saat 23:00-da başlanacaq matçı sloveniyalı hakim Slavko Vinçiç idarə edəcək.