"Barselona" ciddi itki ilə üzləşib
“Barselona” klubunun 32 yaşlı qapıçısı Mark-Andre Ter Ştegen “Villareal”la oyunda ağır zədə alıb.
Sportline.az “Mundo Deportivo” qəzetinə istinadən xəbər verir ki, almaniyalı kiper 8 aylıq sıradan çıxıb.
Bu isə, onun üçün mövsümün başa çatması anlamına gəlir.
“Villareal” ilə görüşün 45-ci dəqiqəsində zədələn Ter Ştegenin 2021-ci ildə əməliyyat olduğu dizinin əzildiyi bildirilir.
Qeyd edək ki, Mark-Andre Ter Ştegen bu mövsüm çıxış etdiyi 7 matçda qapısında 7 qol görüb.