"Barselona" icarə əsasında transfer etdiyi futbolçularla uzun müddətli müqavilə imzalamaq istəyir

"Barselona" klubu iki futbolçusu Joao Felix və Joao Kanselo ilə uzun müddətli müqavilə imzalamaq istəyir. 

Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, "kataloniyalılar" icarə əsasında transer etdiyi portuqaliyalı futbolçuları cinah müdafiəçisi Joao Kanselo və cinah hücumçusu Joao Feliksin komandadan ayrılmasını istəmirlər. 

Qeyd edək ki, Joao Kanselo "Mançester Siti", Joao Feliks isə "Atletiko Madrid" klubundan icarə əsasında trasnfer olunmuşdu.