"Barselona"da yeni müqavilə
"Barselona" yarımmüdafiəçi Fermin Lopezlə yeni müqavilə imzalayıb.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 21 yaşlı futbolçu daha 5 il Kataloniya klubunun şərəfini qoruyacaq.
Fermin Lopez "La Masiya" məktəbinin yetirməsidir. O, 2023-cü ildən əsas komandada çıxış edir.
Əsas komanda ilə 45 oyuna çıxan ispaniyalı yarımmüdafiəçi aktivinə 11 qol və 1 asist yazdırıb.
Qeyd edək ki, Transfermarkt portalında oyunçunun transfer dəyəri 30 milyon avrodur.