Baş məşqçi oyuna çıxmadı, komandası qələbə qazandı

Əfqanıstan millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinə vəsiqə uğrunda görüşdə səfərdə Monqolustanla qarşılaşıb.

Sportline.az xəbər verir ki, əfqanlardan yeganə qolu 71-ci dəqiqədə Fərşad Nor vurub və onlar qələbə qazanıblar.

Maraqlıdır ki, Əfqanıstanın baş məşqçi Anuş Dəstgir matçdan əvvəl millinin futbolçuları ilə mübahisə edib və oyunlar üçün ərizə doldurmaqdan imtina edərək komandasına texniki məğlubiyyət verilməsini təklif edib. 

Daha sonra futbolçular ərizəni özləri doldurmaq qərarına gəliblər. Yalnız bundan sonra oyun baş tutub və Əfqanıstan qələbə qazanıb.