"Başakşehir" 10 illik yubileyi münasibətilə yeni loqosunu təqdim edib

"Başakşehir" klubu 10 illiyinə həsr olunan yeni loqosunu tanıdıb.

Sportline.az xəbər verir ki, İstanbul klubu loqonun təqdimatını öz "X" sosial şəbəkəsində edib.

Qeyd edək ki, "Başakşehir" Super Liqanın son mövsümünü 61 xalla 4-cü pillədə tamamlayıb.

Klub növbəti mövsüm Türkiyəni Konfrans Liqasında təmsil edəcək.