Kinqsli Koman uzun müddət yaşıl meydanlardan kənar qalacaq

"Bavariya"nın cinah hücumçusu Kiqnsli Koman zədə üzündən uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Sportline.az xəbər verir ki, "Bavariya" "Auqsburq" görüşünün 26-cı dəqiqəsində zədələnən Kinqsli Koman 2 ay müddətində yaşıl meydanlardan kənar qalacaq. 

Almaniya nəhənginin rəsmiləri zədənin ciddi olacağı təqdirdə futbolçunun bu mövsüm komandadan kənar qala biləcəyini də bildiriblər. 

Qeyd edək ki, Kinqsli Koman bu mövsüm çıxdığı 25 oyunda 5 qol 3 asistlə yadda qalıb.