"Bavariya" ingiltərəli futbolçunu izləməyə başlayıb
"Bavariya" klubunun yanvar ayı üçün əsas hədəfi bəlli olub.
Sportline.az insayder Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittens üçün "Bavariya" klubu böyük maraq göstərir.
"Bavariya"nın rəhbərliyi bu keçid üçün "Borussiya Dortmund"a 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Gittensin cari mövsüm çıxış etdiyi 23 matçda 9 qol və 4 asistlə yadda qalıb.