"Bavariya" kanadalı futbolçu ilə yolları ayırmaq qərarına gəlib
"Bavariya" klubu 23 yaşlı kanadalı futbolçunu satışa çıxarıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Almaniya klubu Alfonso Deyvisin əsas heyətdə yer almayacağını və gələn təklifləri dəyərləndirəcəyini bildirib.
"Union Berlin"lə görüşdə əsas heyətdə yer almayan futbolçu da komandadan ayrılmaq istədiyini bildirib.
Qeyd edək ki, Alfonso Deyvis bu mövsüm 25 oyunda meydana çıxıb və 3 asistlə yadda qalıb.