"Bavariya" Kimmixdən cavab gözləyir
"Bavariya" klubunun rəhbərliyi yarımmüdafiəçi Yozua Kimmixdən cavab gözləyir.
Sportline.az xəbər verir ki, münhenlilər yanvar ayında məsələyə tam aydınlıq gətirilməsini istəyirlər.
Bu haqda jurnalist Florian Plettenberq X sosial şəbəkəsində məlumat paylaşıb.
Klub rəhbərliyi Kimmixlə yola davam etmək niyyətində olsa da, futbolçu qərarını açıqlamağa tələsmir.
Qeyd edək ki, Kimmixin "Bavariya" ilə müqaviləsinin müddəti mövsümün sonunda bitir.