“Bavariya” – “Paris Sen-Jermen”: Düşərgələrdəki son durum

Bu gün UEFA Çempionlar Liqasında 5-ci tura start veriləcək.

Sportline.az xəbər verir ki, gecənin mərkəzi matçı “Allianz Stadium”da keçiriləcək. “Bavariya” – “Paris Sen-Jermen”lə münasibətləri aydınlaşdıracaq. Heyətlərə nəzər saldığda “Bavariya”da əsas itki Aleksander Pavloviç, Joao Palinya və Yosip Stanişiçin adı ilə bağlıdır. Sözü gedən futbolçular zədədən əziyyət çəkir.

“Paris Sen-Jermen”də isə Lukas Hernandez zədə səbəbindən matçda iştirak edə bilməyəcək.

Görüşü ruminiyalı hakim İstvan Kovaç idarə edəcək.

Qeyd edək ki, “Bavariya” – “Paris Sen-Jermen” matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.