"Bavariya" portuqaliyalı futbolçu ilə maraqlanır

"Bavariya" klubu "Sportinq"in portuqaliyalı futbolçusu Fransisko Trinkaonu transfer etmək üçün hərəkətə keçib.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Almaniya klubu bu keçid üçün "Sportinq"ə 35 milyon avro ödəməyə hazırdır.

Trinkao "Bavariya"da çıxış etməyə müsbət yanaşır. 

24 yaşlı futbolçunun "Sportinq"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Trinkao cari mövsüm çıxış etdiyi 26 matç 6 qol və 11 asistlə yadda qalıb.