"Bavariya" və "Volfsburq" qalib gəldi, "Şalke" uduzdu
Almaniya "Bundesliqa"sında 13-cü turun növbəti görüşləri keçirilib. SportLine.az xəbər verir ki, günün mərkəzi matçı Helzenkirhendə baş tutub. Burada "Şalke" "Bavariya"nı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.
"Şalke" - "Bavariya" 1:3
QOLLAR: David Alaba, 8 (0:1); Maks Meyer, 17 (1:1); Xaviyer Martinez, 69 (1:2); Tomas Müller, 90 (1:3)
Günün digər matçlarında bu nəticələr qeydə alınıb:
"Borussiya Münhenqladbax" - "Hannover" 2:1
"Ayntraxt" - "Bayer Leverkuzen" 1:3
"Köln" - "Maynts" 0:0
"Volfsburq" - "Verder" 6:0
"Ştutqart" - "Auqsburq" 0:4