"Bavariya"nı xorvatiyalı mütəxəsis çalışdıra bilər

53 yaşlı xorvatiyalı mütəxəssis Niko Kovaç Dortmund “Borussiya”sının baş məşqçisi vəzifəsinə əsas namizəd hesab olunur.  

Sportline.az "Bild" qəzetinə istinadən xəbər verir ki, "Borussiya” rəhbərliyi Kovaçın namizədliyini müvəqqəti həll yolu kimi nəzərdən keçirir və ona mövsümün sonuna qədər müqavilə təklif etməyi planlaşdırır.  

Lakin yayda Almaniya klubu yeni baş məşqçi axtarışına daha aktiv şəkildə başlayacaq. Potensial namizədlər arasında Erik ten Haq, Sebastian Hennes və Roqer Şmidt də yer alır.  

Qeyd edək ki, Niko Kovaç daha əvvəl Almaniyada “Ayntraxt Frankfurt”, “Bayern Münhen” və “Volfsburq” komandalarını çalışdırıb.