"Bavariya"nın fransalı futbolçusu zədələnib
"Bavariya"nın fransalı futbolçusu Saşa Boyenin zədələndiyi açıqlanıb.
Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Saşa Boye cari mövsüm 8 matçda iştirak edib.
Müdafiəçinin müalicəsi davam edir.