"Bavariya"nın yeni hədəfi
"Bavariya" hücum xəttini gücləndirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, münhenlilər yay transfer dönəmində heyətə yeni forvard qatmağı planlaşdırır.
Jurnalist Florian Plettenberqin yaydığı məlumata görə, söhbət "Atletik"in hücumçusu Niko Uilyamsdan gedir.
Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm Bilbao klubunun heyətində çıxdığı 23 oyunda 2 qol və 5 asistlə yadda qalıb.
Onun "Atletik"lə 2027-ci ilin yayınadək müqaviləsi var.
Transfermarkt portalında Uilyamsən dəyəri 70 milyon avrodur.