"Bayer" Florian Virtslə bağlı məsələyə aydınlıq gətirdi

Almaniyanın "Bayer" klubu Florian Virtslə bağlı məsələyə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, leverkuzenlilər ulduz futbolçu ilə yeni müqavilə imzalamağa hazırlaşdıqlarını bildiriblər.

Bu haqda jurnalist Florian Plettenberq X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, Virtsin digər klublarla danışıq aparması və mövsümün sonunda Leverkuzeni tərk edəcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Klub rəsmiləri bu mövzuda hər hansı yenilik olmadığını bəyan ediblər.

Qeyd edək ki, Virtsin "Bayer"lə 2027-ci ilin yayınadək müqaviləsi var.

Bundan əvvəl yayılan xəbərlərdə Florianın ən azı bir mövsüm də Leverkuzen klubunun formasını geyinəcəyi bildirilirdi.