"Bayer"dən yeni transfer
"Aston Villa"nın argentinalı futbolçusu Emi Buendia karyerasını Almaniyada davam etdirəcək.
Sportline.az insayder Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Bayer" Buendianı transfer etmək üçün hərəkətə keçib.
28 yaşlı futbolçunun hazır ki dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, Buendia bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 20 matçda 3 qolla yadda qalıb.