Belçikada İsveç azarkeşləri güllələndi

AVRO-2024-ün seçmə mərhələsində qrupumuzdakı rəqiblərin oyunundan öncə dəhşətli hadisə yaşanıb.

Sportline.az "Sky News"a istinadla xəbər verir ki, Belçika - İsveç matçından əvvəl Brüsseldə qonaq komandanın forması geyinmiş iki azarkeş güllələnib.

Qeyd edək ki, atışma oyunun təşkil olundğu "Kral Boduen" arenasından 5 km aralıda olub. Polis həmin şəxslərin axtarışlarına başlayıb.