Benitez: "Meydanda nə baş verdiyini anlamırdım"

"Taktiki səhhvlərə yol verdik. Nəticədə, məğlub olduq". SportLine.az sport.es saytına istinadən xəbər verir ki, bu sözləri "Real Madrid" klubunun baş məşqçisi Rafael Benitez "Barselona" ilə matçdan sonra deyib. Komandasının sərgilədiyi oyundan razı qalmadığını dilə gətirən mütəxəssis, "Meydanda nə baş verdiyini anlamadım. Futbolçularım özlərində deyildilər. Erkən qol da oyunumuza təsir etdi", - deyə sözlərinə əlavə edib.

Benzemanın çıxışına da toxunan Benitez, "O, hələ zədəsini təzə sağaldıb. İnanıram ki, növbəti görüşlərdə bizə kömək edə biləcək", - deyə fikrini tamamlayıb.

Xatırladaq ki, "Real Madrid" - "Barselona" qarşılaşması qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.