Benzema dilə gəldi

"Əl-İttihad"ın forvardı Kərim Benzema İsrail-Fələstin müharibəsindən danışıb.

Sportline.az xəbər verir ki, ulduz futbolçu sosial şəbəkədə “Biz nə qadınları, nə də uşaqları əsirgəməyən bu ədalətsiz bombardmanın yenidən qurbanı olan Qəzza xalqı üçün dua edirik” deyə Fələstinə dəstək olub.

Qeyd edək ki, bundan əvvəl Benzemanın həmyerlisi Youssef Atal da sosial şəbəkələrdə Fələstinə dəstək vermişdi. Amma o, "yəhudilər üçün qara gün" adlı paylaşımı üçün daha sonra üzr istəyib.