"Beşiktaş" almaniyalı futbolçunu istəyir

"Beşiktaş" klubu gələn mövsüm üçün heyətini gücləndirmək niyətindədir.

Sportline.az xəbər verir ki, "qara-qartallar" uğursuzluq seriyasına son vermək üçün növbəti mövsümdə heyətini gücləndirəcək. 

"Beşiktaş" klubunun idarə heyətinin üzvü Samet Aybaba "Borussiya Drtmund"un əfsanəvi futbolçusuna çevrilən Marko Roysu trasnfer etmək istəyir. "Qara-qartallar" "Sportinq"də çıxış edən Sebastian Koates və Aleksey Mirançuku da izləyəcəklər. 

Qeyd edək ki, "Beşiktaş" klubu "Bayer Leverkuzen"in futbolçusu Broya İqlesias və "Qarabağ"ın hücumçusu Olaviyo Juninyonun da transferində maraqlıdır.