"Beşiktaş" "Atletiko Madrid"in müdafiəçisi ilə maraqlanır

Türkiyə nəhənglərindən olan "Beşiktaş" "Atletiko Madrid"in müdafiəçisi üçün təklif göndərməyə hazırlaşır. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" 21 yaşlı uruqvaylı müdafiəçi Santiaqo Mourinyonun trasnferində maraqlıdır. 

Hazırda "Atletiko Madrid"ə məxsus olan futbolçu "Zaraqoza" klubuna icarə əsasında trasnfer olunub. Komandanın baş məşqçisi Dieqo Simyone Santiqao Mourinyonun keçidi üçün icazə verəcəyi təqdirdə futbolçu İstanbul klubuna qatılacaq. 

Qeyd edək ki, futbolçu "Zaraqoza" forması ilə cəmi 13 matçda meydana  çıxıb.