“Beşiktaş”- “Ayntraxt”: Heyətlərdəki son durum

UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda İstanbul nəhəngi “Beşiktaş” öz meydanında “Ayntraxt”la qarşılaşacaq.

Sportline.az “24 Tv” kanalına istinadən xəbər verir ki, “Beşiktaş”ın 27 yaşlı yarımmüdafiəçisi Əl Musrati zədə səbəbindən “Ayntraxt"la matçda iştirak edə bilməyəcək.

Qonaqlarda isə əsas itki qapıçı Kevin Trap, Mehdi Loune və Oskar Hoylondun adı ilə bağlıdır.

Qeyd edək ki,”Beşiktaş” – “Ayntraxt” matçı saat 23-də start götürəcək. Oyunu Şotlandiyalı hakim Con Beyton idarə edəcək.