"Beşiktaş" azarkeşlərini sevindirən xəbər Daniel Amartidən gəldi

"Beşiktaş" azarkeşlərini sevindirən xəbər Daniel Amartidən gəldi.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, uzun müddətdir zədə səbəbindən komandadan uzaq qalan Daniel Amarti yenidən yaşıl meydanalara qayıdıb.

Təcrübəli futbolçu ötən gün Salih Uçan, Əl Musrati və Tayfur Bingöllə birliktə şəxsi məşqlərə başlayıb. 

Qeyd edək ki, Daniel Amarti komanda ilə birliktə məşqlərə  bu gün qatılacaq.