“Beşiktaş” “Başakşehir”lə oyuna 3 itki ilə çıxacaq

“Beşikaş” klubu Super Liqa çərçivəsində bugün “Başakşehir”lə keçiriləcək matçda 3 oyunçunun xidmətindən yararlana bilməyəcək.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Ante Rebiç, Artur Masuaku və Onur Bulut zədə səbəbindən bu matçda forma geyə bilməyəcək.

30 həftəsi geridə qalan Super Liqada “Beşiktaş’ 46 xalla dördüncü sıradadır.

Yeddinci pillədəki “Başakşehir”in 42 xalı var.

"Fatih Terim" adına stadionda keçiriləcək matç 21:30-da start götürəcək.