"Beşiktaş" "Benfika"nın qapısını döyüb

Ötən mövsümü "Hoffenhaym"da keçirən David Yurasek "Beşiktaş"ın maraq dairəsinə düşüb.

Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, 24 yaşlı sol cinah müdafiəçisi müqavilə əsasında "Benfika" klubuna məxsusdur.

Yurasek üçün "Beşiktaş" 6 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, İstanbul klubunun rəhbərliyi oyunçunun meneceri ilə təmas halındadır.