"Beşiktaş" fransalı oyunçu ilə bağlı qərarını verib

"Beşiktaş" qış transfer pəncərəsində icarə əsasında "Nitsa"ya göndərdiyi Valentin Rosier ilə bağlı yekun qərarını açıqlayıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Türkiyə klubu 27 yaşlı müdafiəçi ilə yollarını ayıracaq.

Rosierin klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Bu mövsüm "Nitsa" və "Beşiktaş"da ümumillikdə 24 oyuna çıxan fransalı futbolçu bu görüşlərdə aktivinə 2 asist yazdırıb.

Qeyd edək ki, Valentin Rosier 2019/2020 mövsümündə "Beşiktaş"la Türkiyə Super Liqasının qalibi olub.