"Beşiktaş" hücum xətti üçün Anqol millisinin futbolçusunu istəyir

"Beşiktaş" klubu Anqola millisinin 31 yaşlı hücumçusu Mabululunu heyətinə qatmaq istəyir. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, hazırda Misirin "Əl-İttihad" klubuna çıxış edən Mabululu Türkiyə Super liqasında çıxış etmək istədiyini bildirib. 

Misir klubunun rəsmiləri açılamada :"Beşiktaş"ın futbolçu ilə maraqlandığı doğrudur. Rəsmi təklif yoxdur amma transfer etmək istəyirlər. Açığı başqa klublar da Mabululu üçün danışıqlara başlayıblar",-deyiblər.

Qeyd edək ki, Mabululu bu mövsüm çıxdığı 7 oyunda 6 qol, 1 asistlə yadda qalıb.