"Beşiktaş" ispaniyalı yarımmüdafiəçi üçün təklif göndərməyə hazırlaşır

Türkiyə nəhənglərindən olan "Beşiktaş" ispaniyalı yarımmüdafiəçi Oliver Torresin trasnferində maraqlıdır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" "Sevilya" klubuna utbolçu üçün rəsmi təklif göndərməyə hazırlşırlar. 

"Beşiktaş" rəsmiləri Çembleyn və Hacıahmetoviçin zədələnməsindən sonra yarımmüdafiəçi mövqeyi üçün 29 yaşlı təcrübəli futbolçunu trasnfer etmək istəyirlər. 

Qeyd edək ki, Oliver Torres bu mövsüm çıxdığı 23 matçda 1 asistlə yadda qalıb.