"Beşiktaş" klubu saxtakarlıqda ittiham olunub

"Beşiktaş" klubu saxtakarlıqda ittiham olunub.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar"ın saxta forma satışı ilə məşğul olduğu və formaların üzərinə qartal yuvası loqosu yapışdırıldığı məlum olub.

Bundan başqa "qara-qartallar"ın "Qalatasaray", "Trabzonspor" və "Fənərbağça" formalarını da gerçək forma adi ilə satdığı deyilib. 

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası bu məsələ ilə bağlı ciddi araşdırma aparacağını bildirib.