"Beşiktaş" portuqaliyalı futbolçunu trasnfer edə bilər
"Beşiktaş" klubu portuqaliyalı yarımmüdafiəçi üçün "PSJ"yə təklif göndərməyə hazırlanır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qara-qartallar" daha öncə də Renato Sançes üçn təkli göndərsələr də futbolçu istəksiz olduğu üçün keçid gerçəkləşməmişdi.
Hazırki baş məşqçi Fernando Santonun Renato Sançeslə danışıqlara başladığı və futbolçunun "Beşiktaş"a trasnfer olmasını istədiyi bildirilib.
Qeyd edək ki, Renato Sançes mövsüm sonunadək "PSJ" klubundan icarə əsasında transfer olunub.