"Beşiktaş" "Qarabağ"a qol vuran futbolçuya təklif göndərib

"Beşiktaş" klubu yay transfer pəncərəsində heyəti gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, İstanbul nəhənginin transfer siyahısında yer alanlardan biri də "Bayer"in hücumçusu Patrik Şikdir.

Avropa Liqasının pley-offunda "Qarabağ"a vurduğu qollarla komandasının uğurunda əsas pay sahibi olan çexiyalı forvard "Qara qartal"ın əsas hədəflərindən sayılır.

Bu haqda jurnalist Saşa Tavolyeri X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, istanbullular Şiklə bağlı "Bayer"lə ilkin danışıq aparıblar. 

Tərəflər anlaşacağı təqdirdə Patrik Şik gələn mövsümü icarə əsasında "Beşiktaş"da keçirəcək.