"Beşiktaş" yenə etimadı doğrulda bilmədi

Türkiyə Super liqasının 23-cü turunda "Sivasspor"la qarşılaşan "Beşiktaş" səfərdən əli boş qayıdıb. 

Sportline.az xəbər verir ki, meydan sahibləri 6-cı dəqiqədə Rey Manayın qolu ilə hesabda irəli çıxıblar. 

Qalan vaxtda "Beşiktaş" futbolçuları çox çalışsalar da məğlubiyyətədən qurtulmağı bacarmayıblar. 

Qeyd edək ki, meydan sahibləri oyunun 84-cü dəqiqəsində 10 nəfərlə müabrizə aparmaq məcburiyyətində qalıblar. Bülənt Uyqun qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.